Xorvatlar Prosineçkini yığma komandamızdan ayıra bilmədilər

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasının rəqiblərindən olan Xorvatiya seçməsinin yeni baş məşqçisi müəyyənləşib. Allsport.az xəbər verir ki, bir müddət öncə Niko Kovaçı istefaya göndərən Xorvatiya Futbol İttifaqı onun yerinə Ante Çaçiçi gətirib.

Artıq onunla rəsmi müqavilə də imzalanıb. Çaçiçə ötənlərin məşhur futbolçuları olmuş Yosip Şiminuç və Ante Mize yardım edəcək.

Qeyd edək ki, Xorvatiyada yığmanın baş məşqçi postunun Azərbaycan millisinin çalışdırıcısı Robert Prosineçkiyə tapşırılmasını istəyənlər çox idi. Lakin xorvatiyalı mütəxəssis öz ölkəsinə qayıtmaqdan imtina etdi və millimizdə qalmağa üstünlük verdi.

Yeri gəlmişkən, Niko Kovaçın istefasına da məhz Prosineçkili yığmamızla bu yaxınlardakı seçmə mərhələ oyunundakı xal itkisi oldu. Məhz Bakıdakı qolsuz heç-heçənin ardından Norveçə də məğlub olmaları (0:2) xorvatları baş məşqçisiz qoymuşdu.

Həmin kateqoriyadan