Yaşar Vahabzadə Almaniyaya məğlubiyyəti şərh etdi

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – Almaniya oyunundan sonra millimizin baş məşqçisi Yaşar Vahabzadə fikirlərini açıqlayıb. Allsport.az xəbər verir ki, o, komandamızın 0:3 hesablı məğlubiyyətini belə şərh edib:

“Almaniya yığması nəinki Avropanın, dünyanın ən güclü komandalarından biridir və bütün yaş qrupları üzrə yığmaları, demək olar ki, eyni sistem əsasında hazırlaşır və oynayır. Bu gün bacardığımız qədər mübarizə apardıq, top saxladıq. Oyunun sonunda futbolçuların yorulması və konsentrasiyanı itirməsi hesabın 3:0-a çatmasına səbəb oldu”.

Həmin kateqoriyadan