“Yenə ilk hissədə yaxşı oynadıq”

“Yenə ilk hissədə yaxşı oynadıq”

Ağdağ (Ağtau) şəhərində hazırlığı başa vuran futzal üzrə Azərbaycan millisi, toplanmış çərçivəsində növbəti dəfə Qazaxıstanla qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, oyun 6:5 rəqibin xeyrinə başa çatıb. Komandamızın baş məçqçisi Joze Alesio da Silvanın fikrini nəzərinizə çatdırırıq: 

“Bu dəfə də oyun digərinin bənzəri oldu. 2 əsas oyunçumuz – Eduardo və Qalo bu dəfə zədə səbəbindən meydana çıxa bilmədi. Yenə ilk hissədə yaxşı oynadıq. Hər 2 qarşılaşmadakı nizam-intizamdan razı qaldım. Taktiki palanda etmək istədiklərimizi reallaşdırdıq.

Heyətimiz qısa olduğuna görə 2-ci hissədə yenə yorğunluq sözünü dedi, həm də digər taktiki variantlarımızı tətbiq edə bilmədik. Əvəzində gənc futzalçılarımıza da şans verdik. Onlar bu cür oyunlarda təcrübə qazanacaqlar”.

Həmin kateqoriyadan