Yığmamız Bakıda uduzduğu rəqibə qarşı

Bu gün Azərbaycanın gənclərdən ibarət yığma komandası AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxır. Allsport.az xəbər verir ki, millimizin bu dəfəki rəqibi Avstriyadır.

Geridə qalan üç oyundan yalnız birində qalib gəlib, ikisində uduzmuş gənclərimiz çətin səfər oyununda ən azı bir xal qazanmağa çalışacaq. Baxmayaraq ki, Avstriya əvvəlki iki oyundan maksimum nəticə ilə ayrılıb və hazırda 6 xalla qrup ikincisidir. Elə həmin məğlubiyyətlərdən biri də Bakıda məhz avstriyalılarla görüşə təsadüf edib – 0:2.

AÇ-2017-nin seçmə mərhələsi
7-ci qrup
9 oktyabr

20:30. Avstriya – Azərbaycan
Sankt-Pelten. “NV-Arena”.
Baş hakim: Gunnar Yarl Yonson (İslandiya).

Bu gün 7-ci qrupda daha bir görüş baş tutacaq. Almaniya Finlandiya ilə üz-üzə gələcək.

Həmin kateqoriyadan