Yığmamızın ən yaxşısı bəlli oldu

phoca_thumb_l_raz_2426FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Latviyanın U-19 komandasına qarşı keçirdiyi oyunda ən yaxşı oyunçusu müəyyənləşib.

Allsport.az xəbər verir ki, turnirin təşkilatçıları Sankt-Peterburqda baş tutan qarşılaşmada (1:1) Pilağa Mehdiyevi fərqləndiriblər. Qeyd edək ki, yığmamızın Latviyaya vurduğu yeganə qolun müəllifi də məhz Pilağa olmuşdu.

Həmin kateqoriyadan