- Baxış sayı: 44
- 25 Oktyabr 2026 15:04
- Baxış sayı: 614
- Oktyabr 21, 2026
- 0

Mari-Luiza Etadan sonra “Yunion Berlin” klubunun yeni baş məşqçisi açıqlanıb. Allsport.az saytı xəbər verir ki, 2022-ci ildən bəri İsveçrənin “Tun” komandasını çalışdıran Mauro Lustrinelli fəaliyyətini Almaniyada davam etdirəcək.
Eta Avropanın ən yaxşı 5 liqası tarixində kişilərdən ibarət komandanın baş məşqçisi olan ilk qadındır. Mari-Luizanın rəhbərliyi ilə Berlin təmsilçisi 5 oyun keçirib, 2 qələbə, 1 heç-heçə və 2 məğlubiyyət alıb.
2025/26 mövsümündə “Yunion” Almaniya çempionatında 11-ci yer tutub.