Zak Muskat: “Azərbaycana qalib gələ bilərik”

Malta yığmasının müdafiəçisi Zak Muskat AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Allsport.az saytına açıqlamasında o, bunları söyləyib:

“Bizi öncə İtaliya, sonra isə Azərbaycanla oyun gözləyir. Hər iki matç bizim üçün çox vacibdir. Aydın məsələdir ki, İtaliyadan xal almağımız çox çətin olacaq. Amma Azərbaycana qalib gələ bilərik. Biz revanş haqda düşünürük. Mənim fikrimcə, Azərbaycanı məğlub etmək mümkündür. Bakıda istədiyimiz kimi oynaya bilmədik. Evdə isə alınacaq. Qalib gələ bilsək, onlarla xallarımızı da bərabərləşdirmiş olacağıq. Azərbaycan Bolqarıstana yaxınlaşmağı hədəfləyib. Lakin bizim qazanacağımız qələbə onlara mane olacaq”.

Həmin kateqoriyadan