- Baxış sayı: 40
- 22 İyun 2026 17:20
- Baxış sayı: 31
- İyun 22, 2026
- 0

“İnter”in baş məşqçisi Zaur Svanadze Premyer Liqanın 35-ci turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, “bankçılar”ın gürcü çalışdırıcısı 2:4 hesabı ilə bitən matça belə şərh verib:
“Belə məğlubiyyətdən sonra danışılası bir şey yoxdur. Biz oyuna çox yaxşı başlamışdıq. Amma buraxılan 2 qoldan sonra özümüzə gələ bilmədik.
Fikrimcə, futbolçularımız çox yorulublar. Bunu “Xəzər Lənkəran”la oyunda da gördük. Medal qazanmaq şansımız hələ də qalır. Sonadək mübarizə aparacağıq”.