- Baxış sayı: 5
- 23 Mart 2025 18:41
- Baxış sayı: 50
- Mart 20, 2025
- 0
Azərbaycan premyer liqasının XXIII turunda “Sumqayıt”ın qonağı olan “Zirə” 50-ci səfər qələbəsini qazanıb. Allsport.az xəbər verir ki, Rəşad Sadıqovun çalışdırdığı komanda səfərdə 3:0 hesabı ilə qalib gəlib.
Bu, 2015-ci ildə premyer liqada debüt edən Bakı klubunun rəqib meydanlarındakı 145-ci oyunda 50-ci qələbəsi olub. Qəsəbə klubu ölkə çempionatları tarixinə bu saya çatan 10-cu komanda kimi düşüb. “Zirə” eyni sayda səfərdə 3 xal qazanan “Şəmkir”lə eyni göstəriciyə malikdir.