“Zirə”nin Gəncə komandası ilə görüşdə 2 əsas heyət üzvü iştirak etməyəcək

“Zirə” Premyer Liqanın 35-ci turunda qarşılaşacağı “Kəpəz”lə oyuna hazırlığı davam etdirir. Allsport.az xəbər verir ki, paytaxt klubu bu görüşə iki itki ilə çıxacaq.

Vüqar Mustafayev sarı vərəqə limitini aşdığına görə komandasına kömək edə bilməyəcək. Zədəsi olan Dieqo Souza da böyük ehtimalla, gəncəlilərlə görüşü buraxmalı olacaq.

Bu komandalar arasındakı oyun mayın 15-də Zirədə keçiriləcək və saat 18:00-da başlayacaq.

Həmin kateqoriyadan