“Zirə”nin hücumçusu Salvador Futbol Federasiyasını tənqid edib

Salvador millisinin və “Zirə”nin hücumçusu Nelson Bonilya ölkəsində olan çatışmamazlıqlardan danışıb. Allsport.az saytı xəbər verir ki, komandasının əksər üzvləri kimi, o da ölkə futbol federasiyasının rəhbərliyindən, həmçinin baş məşqçidən narazıdır. Forvard ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:

“Növbəti məğlubiyyətdən sonra komnda coşub. Çox adam başa düşmür ki, biz ölkəmizi təmsil edirik. Bunun üçün də şəraitin yaxşılaşmasını tələb edirik. Yığmada artıq əvvəlki atmosfer yoxdur. Hətta elə futbolçular var ki, federasiya ilə bağlı problemlərə görə yığmada oynamaq istəmir. Hətta mən də bu addımı atmaq istəyirdim. Amma menecerim mənə xəbərdarlıq etdi.

Baş məşqçiyə gəlincə, bizim onunla temp tutmağımız çətindir. O, taktik deyil və bizə lazım olan vəziyyətdə necə oynamaq lazım olduğunu izah etmir. Bu da çox pisdir”.

Həmin kateqoriyadan