- Baxış sayı: 16
- 04 May 2024 22:50
- Baxış sayı: 81
- May 03, 2024
- 0
Yay təlim-məşq toplanışının 2-ci mərhələsini Türkiyənin Bolu şəhərində keçirəcək “Zirə”nin qonşu ölkədə planlaşdırılan yoxlama oyunlarındakı rəqiblərinin üçünün adı məlum olub.
Allsport.az saytı xəbər verir ki, iyulun 19-da səfərə çıxacaq “qartallar” ilk görüşünü bir gün sonra Qətərin yüksək liqa təmsilçisi “Əl-Xaritiyah” klubuna qarşı keçirəcək.
Ayxan Abbasovun komandası bundan başqa daha 3 görüşə çıxacaq: iyulun 23-də Türkiyə super liqa təmsilçisi “Osmanlıspor”, 27-də qardaş ölkənin 1-ci liqa klubu “Əskişəhərspor”la qarşılaşacaq.
Həmçinin, iyulun 30-da komanda daha bir yoxlama matçına çıxacaq. Bu oyundakı rəqibin kimliyinə isə qarşıdakı günlərdə aydınlıq gələcək.
“Zirə” avqustun 1-də Bakıya qayıdacaq.