Əfran İsmayılov: Əsas məqsəd, növbəti mövsüm daha yaxşı çıxış etməkdir

“Qarabağ” növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir. Allsport.az saytı xəbər verir ki, klub rəhbərliyi Qara Qarayevin ardından daha bir futbolçu ilə müqavilə yeniləyib. Yarımmüdafiəçimiz Əfran İsmayılov bir il də “köhlən atlılar”la olacaq. Millimizin üzvü yeni müqavilə haqqında öz fikirlərini klubun rəsmi saytına açıqlamasında bunları bildirib:

“Qarabağ” mənə doğma komandadır. Mənim üçün sevindirici haldır ki, daha bir il bu komandanın formasını geyinəcəm. Çalışacam ki, öz oyunumla komandama xeyir verim və uğurlarımın üstünə uğur gətirim. Əsas məqsədimiz, növbəti mövsüm daha yaxşı çıxış edib azarkeşlərimizi sevindirməkdir”.

 

Həmin kateqoriyadan