Əliyev qardaşları rinqə çıxır

Serbiyanın paytaxtı Belqradda kişi boksçular arasında dünya çempionatı davam edir. 

Allsport.az xəbər verir ki, mundialın beşinci günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxacaq. Onlardan biri ilk, digəri 2-ci görüşünü keçirəcək.

Millimizin 71 kiloqram çəki dərəcəsindəki üzvü Sərxan Əliyev startda şotlandiyalı Stefen Nevnslə qarşılaşacaq.

Bundan əvvəl Haiti idmançısını üstələyən Sərxanın böyük qardaşı Tayfur Əliyev (60 kq) isə Simone Spada (İtaliya) ilə yumruqlarının gücünü yoxlayacaq.

Hər iki duel 1/16 final mərhələsi çərçivəsində baş tutacaq.

Azərbaycan yığması mundiala 9 boksçu ilə yollanıb. Bunadək Məsud Yusifzadə (51 kq), Malik Həsənov (63,5 kq), Alfonso Dominges (86 kq) və Məhəmməd Abdullayev (+92kq) ilk görüşlərini qələbə ilə başa vuraraq növbəti mərhələyə yüksəliblər. Ümid Rüstəmov (57 kq) ilə Rauf Rəhimov (92 kq) isə məğlub olaraq yarışla vidalaşıblar.

105 ölkədən 650 boksçunun iştirak etdiyi dünya çempionatına noyabrın 6-da yekun vurulacaq.

Həmin kateqoriyadan