Əmrah Çəlikəl: Gələn həftə Dino Ndlovunun gedib-getməyəcəyi aydınlaşacaq

“Qarabağ”ın direktoru Əmrah Çəlikəl Dino Ndlovunun Çinin “Xançjou Qrintaun” klubuna keçəcəyi ilə bağlı yayılan xəbələrə aydınlıq gətirib. Allsport.az saytı xəbər verir ki, o, cənubi afrikalı hücumçu üçün təklif aldıqlarını təsdiqləyib:

“Bəli, Ndlovuya belə bir təklif var. Ancaq hələ götür-qoy etməmişik. Ona görə də indidən bu haqda danışmaq tez olar. Son qərarı Qurban müəllim verəcək. Futbolçunun da fikirlərini öyrənəndən sonra, mənə elə gəlir ki, gələn həftə ərzində Dinonun gedib-getməyəcəyi aydınlaşacaq”.

Qol.az-ın məlumatına görə, Cənubi Afrika mətbuatı qış transfer pəncərəsi açılandan sonra “Qarabağ”ın 750 min avro təzminat almaqla, Ndlovunu “Xançjou Qrintaun” klubuna satmağa razılıq verdiyini yazıb. Afrika millisinin hücumçusu ilə 2 illik müqavilə bağlanacağı bildirilib.

Həmin kateqoriyadan