Əzəli rəqib, zədəli futbolçuya dəstək oldu

Əzəli rəqib, zədəli futbolçuya dəstək oldu

“Real”ın prezidenti Florentino Peres xüsusi məktubla “Barselona”nın və İspaniya millisinin yarımmüdafiəçisi Qaviyə dəstək olduğunu bildirib.

Allsport.az xəbər verir ki, yarımmüdafiəçi Avro-2024 seçmə mərhələsi matçı çərçivəsində İspaniya millisinin heyətində dizindən ciddi zədə alaraq 9 aylıq sıradan çıxıb.

Ona Madrid klubunun futbolçuları – Xoselu və Daniel Karvaxal da dəstək olub, onlar bunu sosial şəbəkə vasitəsi ilə ediblər.

Həmin kateqoriyadan