10 il öncəki rekord təkrarlandı: 1 qızıl, 1 gümüş və 2 bürünc medal

Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçuların qitə birinciliyinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, millimiz mötəbər yarışda uğurlu çıxış edib.

Nicat Hüseynov 51 kq-da bütün rəqiblərinə qalib gəlib. Ruslan Qədirov (54 kq) yalnız finalda yenilib. Cəlal Qurbanov (63,5 kq) və Nəbi İsgəndərov (67 kq) 3-cü yer tutublar.

Bununla da, komandamız, rekordunu təkrarlayıb. 10 il öncə Rusiyada eyni yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanılmışdı.

Həmin kateqoriyadan