114 ittihamda təqsirli bilinib

114 ittihamda təqsirli bilinib

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı araşdırma bir neçə il davam edir.

Allsport.az xəbər verir ki, “şəhərlilər” 115 ittiham bəndindən 114-də təqsirli biliniblər.

Klub üçün yekun cəza hələlik müəyyən edilməyib. Lakin pul cəriməsindən və xal silinməsindən tutmuş İngiltərə premyer liqasından xaric edilməsinə qədər bütün mümkün variantlar nəzərdən keçirilir.

​”Mançester Siti”nin apellyasiya şikayəti verəcəyini gözlənilir. Klub rəhbərliyi daha əvvəl maliyyə pozuntuları ilə bağlı bütün ittihamları rədd edib və haqlı olduğuna əminliyini ifadə edib.

“Mançester Siti” İngiltərə çempionatının ​2026/27 mövsümündə 5 turdan sonra 15 xalla turnir cəvəlinə başçılıq edir.

Həmin kateqoriyadan