120 milyon dollar ziyana düşdülər

Oleksandr Usik və Tayson Füri arasında baş verən döyüş boks həvəskarları arasında böyük səs-küyə səbəb olub.

Allsport.az xəbər verir ki, ən azı 20 milyon tamaşaçı internetdə pirat yayımlar vasitəsilə döyüşü qanunsuz olaraq izləyib.

Bu rəqəm xeyli yüksək ola bilərdi – araşdırmada qeyri-qanuni yayıma olan hər bir keçid bir izləyici kimi hesablanıb.

Nəticədə rəsmi televiziya hüquqlarının sahibləri təxminən 120 milyon dollar itiriblər.

Araşdırma nəticəsində ən azı 2000 qeyri-qanuni yayım mənbəyi müəyyən edilib. Bunların təxminən 45%-i Avropada (18%-i Böyük Britaniyada), 25%-i Şimali Amerikada və 16%-i Asiyada olub.

Həmin kateqoriyadan