16 yaşı tamamlanan kimi sözləşmə imzalayacaq

“Milan” hücumçu Françesko Kamarda ilə yeni müqavilə üzrə danışıqlar aparır.

Allsport.az xəbər verir ki, forvard ilk peşəkar müqaviləsini mart ayında 16 yaşı tamam olanda imzalaya biləcək.

Dortmund “Borussiya”sı və digər klubların marağına baxmayaraq, futbolçu yalnız “rossoneri”də oynamaq istəyir. O, bu yaxınlarda “A” seriyası tarixinin ən gənc debütantı kimi tarixə düşüb.

Həmin kateqoriyadan