2 boksçumuz 1/4 finalda

Millimizin iki boksçusu Alfonso Dominqes (81 kq) və Lorenso Sotomayor Avropa olimpiya təsnifat turnirində mübarizəyə başlayıb. Allsport.az xəbər verir ki, Alfonso Dominqes 1/8 finalda Ukraynanı təmsil edən Stefan Hrekul ilə qarşılaşıb və qalib gəlib – 5:0.

O, 1/4 finalda Rusiya idmançısı İmam Xatayevlə üz-üzə gələcək.

Lorenso Sotomayor (69 kq) isə Danimarkanı təmsil edən, Rio-2016-nın gümüş medalçısı erməni əsilli Sebastyan Terteryanı 1/8 finalda məğlub edib – 4:1. O, 1/4 finalda belaruslu Aleksandr Radionov ilə döyüşəcək.

Həmin kateqoriyadan