- Baxış sayı: 26
- 19 Aprel 2024 20:00
- Baxış sayı: 43
- Aprel 18, 2024
- 0
Rumıniyanın Tırqu-Jiu şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında 1/4 final mərhələsinin görüşləri başa çatıb. Allsport.az saytı xəbər verir ki, bizdən 2 nəfər yarımfinala adlayıb.
56 kq-da Tayfur Əliyev almaniyalı Hamzet Şadalovu (Almaniya) mübarizədən kənarlaşdırıb. Boksçumuz rəqibini 3:2məğlub edib. O, qızıl medala gedən qolda ispaniyalı Xose Giles Brotonsla qarşılaşacaq.
Məhəmməd Abdullayev (+91 kq) də, özü üçün ən azı, 3-cü yeri təmin edib. Həmyerlimiz 1/4 finalda Camili-Dini Aboudo-Moindzeyə (Fransa) 4:1 qalib gəlib. O, növbəti döyüşdə italiyalı Əziz Abbes Muhidinlə üz-üzə gələcək.
Yarımfinal döyüşləri martın 31-də, finallar isə aprelin 1-də olacaq.