“2-ci hissədən tam razı qaldım”

Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov ölkə çempionatının 21-ci turunda “Səbail” klubu ilə oyun sonrası mətbuat konfransında fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, mütəxəssis 2:0 qalib gəldiyi görüşün çətin keçdiyini deyib:

“Bu gün vacib 3 xal qazandıq. İkinci hissədən tam razı qaldım. Komandamız verilən tapşırığı fasilədən sonra yerinə yetirdi. Bilirdim ki, ağır oyun olacaq. Çünki, fasilə zamanı yoxlama görüşü keçirə bilməmişdik.

Milli komandaların heyətinə 10 futbolçumuz cəlb olunmuşdu, onlardan da üçü qapıçı idi. Namik Ələskərov millinin düşərgəsindən zədəli qayıdıb, Emin Mahmudov cəzalı idi.

Üstəlik, bu gün səhər məlum oldu ki, İlkin Qırtımovun hərarəti var. Bununla belə, qələbə qazandıq. Futbolçuları və azarkeşləri təbrik edirəm”.

Həmin kateqoriyadan