2 ulduz oyunçu komandadan göndərilir

“Lion” qış transfer pəncərəsində Aleksandr Lakazet və yarımmüdafiəçi Korentin Tolissonu satışa çıxarmaq niyyətindədir.

Allsport.az xəbər verir ki, klub rəhbərliyi hesab edir ki, bu futbolçuların oyun səviyyəsi onların maaşlarına uyğun deyil. Lakazette ildə 5,4 milyon avro, Tolisso isə 4,8 milyon avro alır.

Xatırladaq ki, hər iki futbolçu “Lion” yetirməsidir və 2022-ci ilin yayında kluba qayıdıblar. Lakazet “Arsenal”dan, Tolisso isə “Bavariya”dan. Bu mövsüm “Lion”un kapitanı olan 32 yaşlı hücumçu liqa 1-də 9 oyun keçirib, 3 qol vurub və 2 vərəqə (sarı-qırmızı) alıb. 29 yaşlı Tolisso isə 9 oyun keçirib, 1 qol vurub və 3 sarı vərəqə alıb.

Qeyd edək ki, “Lion” Liqa 1-də sonuncu yerdədir.

Həmin kateqoriyadan