İlin 10 ən yaxşı idmançısı

Gənclər və idman nazirliyi olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2023-cü il üçün olan reytinq cədvəlini açıqlayıb.

Allsport.az xəbər verir ki, siyahıya bədii gimnast Zöhrə Ağamirova başçılıq edib.

Növbəti yerləri bədii gimnastika üzrə qrup hərəkətləri komandası və cüdoçu Zelim Kotsoyev tutub.

Qeyd edək ki, reytinq xallarının hesablanması gənclər və idman nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

Zöhrə Ağamirova (bədii gimnastika)
Bədii gimnastika (qrup hərəkətləri)
Zelim Kotsoyev (cüdo)
Nikita Simonov (idman gimnastikası)
Stend atıcılığı (komanda MİX)
Hidayət Heydərov (cüdo)
Gültac Məmmədəliyava (cüdo)
Leyla Əliyeva (cüdo)
Yaşar Nəcəfov (cüdo)
Ruslan Lunyov (güllə atıcılığı)

Həmin kateqoriyadan