- Baxış sayı: 61
- 13 Noyabr 2026 13:26
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Azərbaycan kikboksçusu Eduard Məmmədov (63 kq) dünya çempionatında 2 qızıl medal qazanıb.
Allsport.az xəbər verir ki, o, bu uğura Portuqaliyanın Albufeyra şəhərində keçirilən mundialda imza atıb.
Dünya və Avropa çempionu Məmmədov “Light contact” və “Kick Light” versiyalarında bütün rəqiblərinə qalib gələrək, 2 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bununla da “ağ canavar” dünya çempionatında 28-ci dəfə qızıl medala yiyələnib.