“28 Cinema”da ümummilli liderə həsr olunan “Patriot” filmi nümayiş etdiriləcək

“28 Cinema”da ümummilli liderə həsr olunan “Patriot” filmi nümayiş etdiriləcək

“28 Cinema” kinoteatrı Azərbaycan idmanının böyük himayədarı olmuş ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə bağlı Vaqif Mustafayevin “Patriot” qısametrajlı sənədli filmini nümayiş edəcək. Allsport.az saytı xəbər verir ki, “Patriot” kinorejissorun 2004-cü ildə çəkdiyi və dahi liderə həsr etdiyi 9-cu filmdir.

Filmin məzmunu Heydər Əliyevin Azərbaycan SSR KP-nin birinci katibi seçilməsindən sonrakı ilk illərini əhatə etməsi barədə bəhs edir. “Patriot” dekabr ayının 12-də saat 11:00 göstəriləcək. Nümayiş pulsuzdur. Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür.

Həmin kateqoriyadan