- Baxış sayı: 44
- 10 Avqust 2026 19:49
- Baxış sayı: 227
- Avqust 12, 2026
- 0

Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunan gənclər arasında ənənəvi beynəlxalq turnirdə 1/4 final mərhələsinin döyüşlərinə start verilib.
Allsport.az xəbər verir ki, Bakı boks mərkəzində təşkil edilən yarışda 5 çəki dərəcəsində yarımfinalçılar bəlli olub.
Mərhələ adlayanlar arasında Azərbaycan millisinin 3 boksçusu da var.
Yarımfinala vəsiqə qazananlar özləri üçün ən azı bürünc medalı təmin ediblər.