3 ildə “Real”a 9 kubok qazandıran Zinəddin Zidan gözlənilmədən istefa verib

Zinəddin Zidan “Real”ın baş məşqçi vəzifəsindən istefa verib. Allsport.az saytı xəbər verir ki, 46 yaşlı mütəxəssis qərarını mətbuat konfransında açıqlayıb. O, Madrid klubuna 2016-cı il yanvarın 4-də Rafael Benitesin əvəzinə gəlib.
Fransalı mütəxəssisin rəhbərliyi ilə “Kral klubu” İspaniya çempionu, ölkə super kubokunun, 3 dəfə çempionlar liqasının, 2 dəfə UEFA super kubokunun qalibi və 2 dəfə klublararası dünya çempionu olub.

Həmin kateqoriyadan