- Baxış sayı: 34
- 28 Sentyabr 2026 23:57
- Baxış sayı: 116
- Sentyabr 26, 2026
- 0

UEFA “Lill” yarımmüdafiəçisi Etan Mbappeni 3 oyunluq diskvalifikasiya edib.
Allsport.az xəbər verir ki, 19 yaşlı futbolçu çempionlar liqasının liqa mərhələsinin ilk turunda İspaniyanın “Betis” klubuna qarşı keçirilən matçda birbaşa qırmızı vərəqə alıb.
Mbappe rəqib komandanın müdafiəçisi Natana əl ilə zərbə endirib. Baş hakim Georgi Kabakov epizodu VAR vasitəsilə izlədikdən sonra fransalı futbolçunu meydandan kənarlaşdırıb.
Diskvalifikasiya səbəbindən Mbappe “Arsenal” (İngiltərə), “Qalatasaray” (Türkiyə) və “Budyo-Qlimt” (Norveç) klublarına qarşı keçiriləcək çempionlar liqası matçlarında iştirak etməyəcək.
“Lill” – “Betis” matçı La liqa kollektivinin 3:2 hesablı qələbəsi ilə bitib.