3-qat dünya çempionumuzun şərəf yarışında 11 boksçumuz medal qazanıb

Dağıstanın Aquşa kəndində yeniyetmə boksçular arasında olimpiya mükafatçımız, 3-qat dünya çempionu Məhəmmədrəsul Məcidovun şərəfinə yarış keçirilib. Allsport.az saytı xəbər verir ki, turnirdə ölkəmizi məşqçi Tofiq Babayevin rəhbərliyi ilə “Baku Fayt Lab” klubunun üzvləri təmsil ediblər. Komandamız uğurla çıxış edərək 11 medal qazanıb.

Tacı Tağızadə (57 kq), Həsən Məlikov (49 kq), Ənvər Babayev (66 kq) bütün rəqiblərinə qalib gəliblər. Mirabbas Şahsuvarlı (60 kq), Rəsul Məmmədov (54 kq) yalnız finalda uduzublar.

Emin İbrahimov (60 kq), Zəlimxan Süleymanov, Elmar Abbasov (hər ikisi – 56 kq), Hikmət Tağızadə (75 kq), Türkeş Mustafayev (69 kq) və Asif Hüseynov (63 kq) 3-cü yer tutublar.

Həmin kateqoriyadan