- Baxış sayı: 36
- 24 Aprel 2024 22:30
- Baxış sayı: 44
- Aprel 23, 2024
- 0
Qazaxıstanın Qaraqanda şəhərində boksçuların beynəlxalq turnirə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisi yarışı 5 qızıl, 2 gümüş və 5 bürünc medalla başa vurub.
Həsən Məlikov (48 kq), Məsud Yusifzadə (54 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Məhəmməd Abdullayev (+92 kq) 1-ci, Nəbi İsgəndərov (67 kq), Rəşid Həsənov (71 kq) 2-ci, Tural Sarıyev (48 kq), Nicat Hüseynov (51 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq) və Sərxan Əliyev (71 kq) 3-cü olublar.