3 rinq ustamız 1/4 finala çıxıb

Türkiyənin Samsun şəhərində boksçuların Avropa olimpiya təsnifat turniri davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 4-cü günü rinqə çıxan Azərbaycan millisinin 3 üzvü mərhələ adlayıb. Cavid Çələbiyev (56 kq) ilk döyüşündə Vyaçeslav Qoyanı (Moldova) üstələyib – 3:0. O, 1/4 finalda bolqarıstanlı Stefan İvanovla döyüşəcək.

Teymur Məmmədov (81 kq) qalib gəlib. Həmyerlimiz Rusiya yığmasının Gürcüstan əsilli boksçusu Georgi Kuşitaşvilini 2:1 hesabı ilə udub. Olimpiya mükafatçımız yarımfinala gedən yolda türkiyəli Ünal Məhmədlə qarşılaşacaq.

Abdulqadir Abdullayev (91 kq) də mübarizəni 1/4 finalda davam etdirəcək. O, 1/8 finalda Tadas Tamasausu (Litva) yarışdan kənarlaşdırıb – 3:0. Təmsilçimiz 2-ci görüşündə Darren O Neillə (İrlandiya) üz-üzə gələcək.

Həmin kateqoriyadan