DÇ-2014
3 xanım boksçumuz medalın 1 addımlığında

Koreyanın Jeju şəhərində qadın boksçular arasında dünya çempionatında 1/4 finalçıların adları məlum olub. Allsport.az saytı xəbər verir ki, Azərbaycan milli komandasının 3 üzvü 1/4 finalda mübarizə aparmaq hüququ qazanıb. Yelena Vıstropovadan sonra daha 2 təmsilçimiz – Anna Əlimərdanova (54 kq) və Yana Alekseyeva da (60 kq) növbəti mərhələyə yüksəliblər.

Əlimərdanova 1/8 finalda İrlandiya idmançısı Mikaella Volşu məğlub edib – 2:0. Boksçumuz çərək finalda türkiyəli Ayşə Taşla üz-üzə gələcək. Alekseyeva isə ukraynalı Yuliya Tsıplakovanı mübarizədən kənarlaşdırıb – 3:0. Seçmə komandamızın üzvünün növbəti rəqibi Avstraliya təmsilçisi Şelli Vatts olacaq.

Xatırladaq ki, dünən Yelena Vıstropova da (69 kq) 1/4 finala vəsiqə qazanmışdı. ¼ final mərhələsinin görüşləri noyabrın 21-də keçiriləcək.

Həmin kateqoriyadan