- Baxış sayı: 40
- 25 Aprel 2025 16:22
- Baxış sayı: 80
- Aprel 25, 2025
- 0
Rumıniyada gənc boksçular arasında “Drakula Open” beynəlxalq turniri davam edir.
Allsport.az xəbər verir ki, yarımfinalda rinqə çıxan Azərbaycan yığmasının 4 idmançısı finala yüksəlib.
Hikmət Məmmədov (48 kq) Sebestian Preda (Rumıniya) ilə qarşılaşıb və ilk raundda tam üstünlüklə qələbə qazanıb. O, həlledici görüşdə Ruslan Budniçenko (Ukrayna) ilə döyüşəcək.
Zidan Hümbətov Daniel Turcanla (Moldova) qüvvəsini sınayıb. 54 kq-da mübarizə aparan boksçu rəqibini ikinci raundda tam üstünlüklə məğlub edib. Hümbətov finalda Oleksandr Paşiçenko (Ukrayna) ilə üz-üzə gələcək.
Sübhan Babayev (57 kq) da komanda yoldaşlarının uğurunu təkrarlayıb. O, ukraynlı Maksim Çekindən üstün olub – 5:0 (30:27, 30:27, 30:26, 29:28, 30:27). Sübhan qızıl medal uğrunda görüşdə Stefan Udroiu (Rumıniya) ilə gücünü yoxlayacaq.
Məhəmməd Cəfərov (+92 kq) Volodimir Derkaçı ilk raundda tam üstünlüklə məğlub edib. O, finalda Denis Cucu (Rumıniya) ilə döyüşəcək.
Bilalhəbaşi Nəzərovla (51 kq) Abbasqulu Şadlinski (75 kq) isə 1/4 final döyüşünə çıxıblar. Onlar müvafiq olaraq, Andrei Virson (Rumıniya) və Renat Qiyaslı (Azərbaycan) ilə üz-üzə gəliblər. Nəzərov üçüncü raundda tam üstünlüklə qalib gəlib. O, yarımfinalda Andrei Turbureanu ilə münasibətinə aydınlıq gətirəcək. Şadlinski isə komanda yoldaşını 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. O, növbəti görüşündə Halil Sami (Bolqarıstan) ilə qarşılaşacaq.
Digər təmsilçilərdən Baqir Əmirxanlı (60 kq), Mircəlal Mirağayev (80 kq) və Hüseyn Hüsenli (92 kq) finala yüksələ bilmədiklərindən bürünc medal qazanıblar.