4 boksçumuz beynəlxalq turnirin finalında

Bakıda yeniyetmə boksçular arasında ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir davam edir.

Allsport.az xəbər verir ki, boks mərkəzində 11 ölkənin 100-dən artıq idmançısının iştirakı ilə təşkil edilən yarışın 4-cü günündə yarımfinal döyüşləri baş tutub.

10 çəki dərəcəsində 20 döyüşün nəticəsinə əsasən finala çıxan boksçuların adlarına aydınlıq gəlib. Azərbaycan millisinin daha bir üzvü qələbə sayəsində həlledici döyüşə vəsiqə qazanıb. Nəticədə finalda mübarizə aparacaq təmsilçilərimizin sayı 4-ə çatıb. Bilal Nəzərov (46 kq), Zidan Hümbətov (48 kq), Sübhan Babayev (50 kq) və Elbrus Kərimli (54 kq) çempionluq üçün döyüşəcəklər.

Onlardan fərqli, 13 boksçumuz yarımfinalda məğlub olduqlarından bürünc medalla kifayətləniblər.

Müsabiqədən kənar keçirilən 44 kq çəki dərəcəsində isə 2 Azərbaycan boksçusu qüvvəsini sınayacaq. Umar Madaminova (Qırğızıstan) qalib gələn Məhəmmədəli Məmmədli Səid Aslanzadəni (Azərbaycan) məğlub edən Əli Məmmədovla üz-üzə gələcək.

Birincilikdə final görüşləri aprelin 1-də keçiriləcək.

3 çəki dərəcəsində finalçılar əvvəlki günlərdə bəlli olub.

Yarımfinal final
52 kq

Yerjan İsteleyov (Qazaxıstan) – Eldar Abdullazadə (Azərbaycan) – 5:0
İbrohim Qiyosov (Özbəkistan) – Faiq Mollayev (Azərbaycan) – 5:0

54 kq

Elbrus Kərimli (Azərbaycan) – Azad Cavadzadə (Azərbaycan) – birinci tam üstünlüklə qalib gəlib
Alixan Mairambekov (Qırğızıstan) – Pavel Kondraşov (Rusiya) – ikinci tam üstünlüklə qalib gəlib

57 kq

Muhit Nurkabil (Qazaxıstan) – Pahlavonjon İbrohimov (Özbəkistan) – ikinci tam üstünlüklə qalib gəlib
Vaqif Hacıyev (Azərbaycan) – Platon Kozlov (Rusiya) – Zviad Tçotçua (Gürcüstan) – 0:5

60 kq

Sardorbek Saidakbarov (Özbəkistan) – Mirhəsən İbrahimov (Azərbaycan) – 5:0
Muhammed Alimbekov (Qırğızıstan) – Firuzcon Sadullayev (Özbəkistan) – 0:5

63 kq

Taqir Satayev (Qazaxıstan) – Asker Xuaniş (Qazaxıstan) – 5:0
İqor Solovyev (Qazaxıstan) – Abbasqulu Şadlinski (Azərbaycan) – 3:2

66 kq

Timofey Tenyayev (Rusiya) – Rüstəm Neymətov (Azərbaycan) – 5:0
Rövşən Abbasov (Azərbaycan) – Bekaris Nurmuxan (Qazaxıstan) – ikinci tam üstünlüklə qalib gəlib

70 kq

Rza Rzayev (Azərbaycan) – Jassullan Berdali (Qazaxıstan) – 0:5
Ahmet Aydamirov (Rusiya) – Muhammadsaid Qulomov (Özbəkistan) – 2:3

75 kq

Mircəlal Mirağayev (Azərbaycan) – Davit Mxetsadze (Gürcüstan) – 0:5
Rüstəm Həsənov (Rusiya) – Bakitjan Ayitmuxanov (Qazaxıstan) – 4:1

80 kq

Aniyat Tilevjan (Qazaxıstan) – Bayramxan Aşurov (Rusiya) – ikinci tam üstünlüklə qalib gəlib
Fuad Babayev (Azərbaycan) – Andrey Rumyansev (Belarus) – 0:5

80+ kq

Məhəmməd Cəfərov (Azərbaycan) – Yan Boqdanov (Rusiya) – 0:5
Stanislav Jilianin (Belarus) – Bexultan Kayratuli (Qazaxıstan) – 0:5

Həmin kateqoriyadan