4 boksçumuzdan bürünc medal

Azərbaycanın dörd boksçusu Monteneqronun Budva şəhərində keçirilən Avropa kubokunda bürünc medalla kifayətlənib.

Allsport.az xəbər verir ki, Tural Sarıyev (48 kq) yarımfinalda Artiş Soyanla (Rusiya), Tayfur Əliyev (60 kq) Sofyan Umia (Fransa) ilə, Sərxan Əliyev (71 kq) Damian Durkajla (Polşa) və Mirşərif Kazımzadə (75 kq) Cambulat Bijamovla (Rusiya) qarşılaşıb.

Bu görüşlərdə rəqiblər mərhələ adladığından, boksçularımızın 4-ü də yarışı bürünc medalla başa vurublar.

63,5 kq çəkidə Ahmat Ştivi (İsrail) döyüşdən imtina etdiyi üçün Malik Həsənov finalda mübarizə aparacaq. Milli üzvü çempionluq uğrunda Qabil Məmmədovla (Rusiya) döyüşəcək.

Həmin kateqoriyadan