- Baxış sayı: 72
- 13 Noyabr 2026 13:26
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Türkiyənin Samsun şəhərində boksçuların Avropa olimpiya təsnifat turniri davam edir. Allsport.az saytı xəbər verir ki, yarışın 4-cü günündə rinqə çıxan üç boksçumuzdan ikisi yarımfinal mərhələsinə adlaya bilib.
Cavid Çələbiyev (56 kq) bolqar Stefan İvanovu 3:0 hesabı ilə üstələyib. 1/4 finalda Abdulqədir Abdullayev (91 kq) irlandiyalı Darren Onili yolundan kənarlaşdırıb.
Dünən axşam döyüşlərində mübarizə aparan digər təmsilçimiz Rüfət Hüseynov (49 kq) ispaniyalı Karmon Herediyə uduzub.
Aprelin 13-də daha 3 boksçumuz 1/2 finala adlayıb: Lorenso Sotomayor (64 kq),Məhəmmədrəsul Məcidovla (+91 kq) və Yana Alekseyevna.