48 məğlubiyyətsiz oyun

Premyer liqanın 19-cu turunun matçında “Mançester Siti” səfərdə “Everton”a 3:1 hesabı ilə qalib gəlib.

Allsport.az xəbər verir ki, “şəhərlilər”in yarımmüdafiəçisi Rodri 90 dəqiqə boyunca meydanda oldu və məğlubiyyətsizlik zolağını artırdı.

Mançester təmsilçisi Rodrinin meydana çıxdığı ardıcıl 48 matçdır ki, məğlub olmur. Onun ən yaxın izləyicisi isə komanda yoldaşı Kevin de Bruynedir – ardıcıl 23 məğlubiyyətsiz görüş.

Həmin kateqoriyadan