- Baxış sayı: 6
- 24 Sentyabr 2026 21:50
- Baxış sayı: 239
- Sentyabr 23, 2026
- 0

“Qəbələ” klubu növbəti transferini gerçəkləşdirib. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” Rasim Ramaldanovu heyətinə qatıblar. 31 yaşlı müdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.
O, Azərbaycanda “Simurq”, “Xəzər-Lənkəran” və “Sumqayıt”da çıxış edib. Gürcüstanda legionçu həyatı yaşayan futbolçunun son klubu ötən il formasını geyindiyi “Kolxeti” olub.
2012-ci ildə Azərbaycan milli komandasında debüt edən futbolçu ölkəmizin əsas yığmasında 17 oyun keçirib.