6 ay sonra meydana çıxdı, ötürmə etdi

İngiltərə FA kubokunun 1/32 final matçında “Mançester Siti” doğma meydanda “Haddersfild”i 5:0 məğlub edib.

Allsport.az xəbər verir ki, “şəhərlilər”in heyətində Fil Foden 2 dəfə fərqlənib. Digər qolları Xulian Alvares, Oscar Bobb və Ceremi Doku vurublar.

Oyunda Mançester klubunun yarımmüdafiəçisi Kevin de Bruyne zədədən sonra ilk dəfə meydana çıxıb və məhsuldar ötürmə ilə yadda qalıb. Belçikalı 2023-cü ilin avqustundan bəri yaşıl meydanlara həsrət idi.

Həmin kateqoriyadan