6 ildən sonra qazanılan gümüş

Cari mövsümü gümüş medalla başa vuran EKOL komandası 6 ildən sonra ən yaxşı uğurunu qazanmış oldu.  Allsport.az saytı xəbər verir ki, “yaşıllar” sonuncu dəfə gümüşə 2015/16-cı il mövsümünün sonunda sahib çıxmışdı. Sonrakı illərdə dəfələrlə bürünc medal qazanan EKOL ölkə kubokunu da başı üzərinə qaldırmağı bacarıb.

Amma çempionatdakı son 6 ildəki ən yüksək nəticəsini cari mövsümün sonunda əldə edib. EKOL yüksək liqanın 2021/22-ci il mövsümünün final oyununda yenilməklə qızıl medal qazanmaq fürsətini əldən verib.

Çempionatın əsas mərhələsində keçirdiyi 21 oyunun 16-da qələbə qazanan, bir görüşdə heç-heçə edən komanda 49 xalla ikinci pillənin sahibi kimi pley-offa vəsiqə qazanıb. Pley-ofda isə “Neftçi” idman klubunu 2 matçda yenən “yaşıllar” finalda oynamaq hüququ qazanmışdı.

Həmin kateqoriyadan