Yığmamızın futbolçusu “Plauen”lə sınaq matçında qol vurub

Yığmamızın futbolçusu “Plauen”lə sınaq matçında qol vurub

“Ersgebirge” klubu yoxlama oyununda qüvvəsini sınayıb. Allsport.az saytı xəbər verir ki, Aue təmsilçisi Almaniyanın digər klubu “Plauen”lə qarşılaşıb. 3 qolun qeydə alındığı qarşılaşma Dmitri Nəzərovun komandasının qələbəsi ilə başa çatıb – 2:1.

Millimizin yarımmüdafiəçisi bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan və 60-cı dəqiqədə əvəzlənən futbolçu qələbədə pay sahibi olub. O, 19-cu dəqiqədə matçın ilk qolunu vurub.

Həmin kateqoriyadan