“Sumqayıt” statistik göstəricidə “Neftçi”yə uduzur

Premyer Liqanın 16-cı turunda “Sumqayıt” doğma meydanda “Neftçi” ilə qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, “kimyaçılar”ın rəsmi saytı bu oyun öncəsi statistik göstəriciləri açıqlayıb:

1. Komandalar Azərbaycan çempionatlarında 22 dəfə qarşılaşıblar.
2. “Sumqayıt” “Neftçi” ilə qarşılaşmalardan 8 qələbə, 2 heç-heçə və 12 məğlubiyyətlə ayrılıb.
3. Komandalar arasındakı top fərqi 26-37 “Neftçi”nin xeyrinədi.
4. Amil Yunanov “Neftçi” ilə qarşılaşmalarda ən çox qol vuran “Sumqayıt”lı futbolçudu (3 qol).
5. “Sumqayıt” son 4 ev oyununda “Neftçi”ni məğlubiyyətə uğradıb.

Xatırladaq ki ki, bu komandalar arasında görüş fevralın 17-də “Sumqayıt Arena”da keçiriləcək. Saat 18:30-da start götürəcək oyun CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

Həmin kateqoriyadan