8-ci dueldə kim sevinəcək?

Futzal millimiz Avropa çempionatının seçmə mərhələsi çərçivəsində aprelin 8-də Levitse şəhərindəki eyniadlı idman zalında Slovakiya yığması ilə qarşılaşacaq. Allsport.az xəbər verir ki, bu görüş komandalar arasında səkkizinci oyun olacaq.

Millimiz seçmə turnirlərdə Slovakiya yığması ilə 7 dəfə qüvvəsini sınayıb. 1996-cı, 2014-cü, 2016-cı və 2022-ci il Avropa çempionatlarının seçmə mərhələsi çərçivəsində keçirilən bu 7 görüşdən 4-də Azərbaycan, 1-də Slovakiya futzalçıları qalib gəlib, ikisi isə heç-heçə başa çatıb.

2022-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində yığmamız 4 turdan sonra üçüncü qrupda 12 xalla liderdir və qitə birinciliyinə vəsiqəni vaxtından əvvəl təmin edib.

Həmin kateqoriyadan