Abbas Ağalarovun xatirəsinə beynəlxalq yarış

Bu gün Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə gənclər arasında ənənəvi beynəlxalq turnirə start veriləcək. Allsport.az saytı xəbər verir ki, Boks federasiyasının idman zalında baş tutacaq yarış 4 gün davam edəcək.

Sınaqda Azərbaycan idmançıları ilə yanaşı, Rusiya, Ukrayna, Tacikistan, Hindistan, İran, Türkmənistan, Pakistan, Qazaxıstan, Gürcüstan və Özbəkistan yığmaları güclərini yoxlayacaqlar.

Ümumilikdə 114 boksçunun qatılacağı və 10 çəki dərəcəsi üzrə keçiriləcək yarışda ölkəmiz 3 komanda ilə təmsil olunacaq. Döyüşlər bu gün saat 16:00-da başlayacaq. Final qarşılaşmaları isə dekabrın 24-nə təsadüf edəcək.

Həmin kateqoriyadan