Abbas Ağalarovun xatirəsinə gənc boksçuların beynəlxalq turnirə start verilir. Baş hakim Anar Babanlıdır

Bu gün Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə gənclər arasında ənənəvi beynəlxalq turnirə start veriləcək. Allsport.az saytı xəbər verir ki, Bakı boks mərkəzində 7 komanda mübarizə aparacaq.

Turnirdə Azərbaycan boksçuları ilə yanaşı, Rusiya, Özbəkistan, Qazaxıstan, Tacikistan və Səudiyyə Ərəbistanı milliləri iştirak edir. Həmçinin Avropa boks konfederasiyasının (EUBC) komandası da qüvvəsini sınayacaq.

97 boksçunun gücünü yoxlayacağı turnirin açılışı 14:30-da olacaq. Saat 15:00-da isə döyüşlər başlayacaq. Yarışa dekabrın 22-də yekun vurulacaq.

Turnirin supervayzeri serbiyalı Draqolyub Radoviç, baş hakimi Anar Babanlı olacaq.

Həmin kateqoriyadan