- Baxış sayı: 62
- 13 Noyabr 2026 13:26
- Baxış sayı: 414
- Noyabr 09, 2026
- 0

Rusiyanın Sankt Peterburq şəhərində boks üzrə yeniyetmələr arasında dünya birinciliyinə yekun vurulub. Allsport.az xəbər verir ki, komanamız yarışda 1 qızıl və 1 bürünc medala sahib olub.
+80 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev finalda Almaniya təmsilçisi Daniel Malsam üzərində inamlı qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
54 kq çəki dərəcəsində mübarizə aparan Orxan Həsənov isə yarımfinalda uduzaraq, bürünc medala layiq görülüb.
Millimiz qeyri-rəsmi komanda hesabında 7-ci yeri tutub.