ABŞ da Azərbaycanın rəqibi oldu

ABŞ Olimpiya Komitəsi 2024-cü il yay olimpiya oyunlarının keçirilməsinə şəhərlərindən birinin namizədliyini irəli sürmək niyyətini təsdiqləyib. Allsport.az saytı xəbər verir ki, ABŞ-ın Boston, Los-Anceles, San-Fransisko və Vaşinqton şəhərləri Olimpiya oyunlarını qəbul etmək hüququnu əldə etmək üçün öz namizədliklərini irəli sürüblər. Olimpiya Komitəsi iddiaçı şəhərə son qərarı gələn ilin əvvəlində qəbul edəcək.

İtaliya da bu təşəbbüslə Roma şəhərində keçirilməsi üçün sifariş verəcək. Gözlənildiyinə görə, Əbədi şəhər layihənin mərkəzi olacaq. Bura Florensiya, Neapol və Sardiniya da qoşula bilər. Oxatma yarışları isə Vatikanda keçirilə bilər.

2024-cü ildə yay olimpiya oyunlarının keçirilməsi üçün iddiaçı-şəhərlərin geniş siyahısı 2015-ci il sentyabrın 15-də açıqlanacaq, seçkilər isə 2017-ci ilin yayında keçiriləcək.

Qeyd edək ki, 2016 və 2020-ci illərin «dördilliy»inə ev sahibliyi iddiasında olmuş rəsmi Bakı, 2024-cü ilin yay olmpiya oyunlarına təşkilatçı olmaq niyyətindədir.

 

Həmin kateqoriyadan