- Baxış sayı: 54
- 21 Avqust 2026 19:31
- Baxış sayı: 121
- Avqust 27, 2026
- 0


Azərbaycan respublikası xüsusi olimpiya komitəsinin idmançıları Maltada keçiriləcək “Xüsusi olimpiya Avropa açıq üzgüçülük yarışı”nda çıxış edəcəklər.
Allsport.az xəbər verir ki, hazırda komitənin atletləri yarışa hazırlıq çərçivəsində təlim-məşq prosesini davam etdirirlər. Turnir sentyabrın 10-14-ü aralığında baş tutacaq.
Bundan əlavə, 23-26 sentyabrda Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda cüdo üzrə dünya çempionatı çərçivəsində “Xüsusi olimpiya açıq cüdo turniri 2026” keçiriləcək. Yarışda ölkəmizi Azərbaycan respublikası xüsusi olimpiya komitəsinin atletləri təmsil edəcəklər.
Hazırda idmançılar yarışa hazırlıq məqsədilə təlim-məşq toplanışını davam etdirirlər.